Qaydalar
İştirak etməzdən əvvəl bilməli olduqlarınız.
Bu platforma nədir
Zəif Bənd bilik yarışıdır. İştirakçılar suallara cavab verir, nəticə verilən cavablardan asılı olur. Şans elementi yoxdur: kart paylanmır, rulet fırlanmır, nəticə təsadüfə buraxılmır.
Kim iştirak edə bilər
Hesabla və ödənişlə iş getdiyi üçün platforma 18 yaşdan yuxarı istifadəçilər üçündür. Hər kəsin bir hesabı ola bilər. Eyni adamın bir neçə hesabla eyni masada iştirak etməsi qadağandır.
Yarış
Masaya oturduğunuz an iştirak haqqı bloklanır. Yarış başlayandan sonra çıxmaq mümkün deyil; əlaqə kəsilsə növbəniz vaxt bitdikcə ötür.
Suallar və cavablar serverdə saxlanılır və orada yoxlanılır. Yarışın gedişinə kənardan təsir etmək cəhdi hesabın bağlanmasına səbəb olur.
Gizli razılaşma
Bir neçə iştirakçının əvvəlcədən sözləşib bir-birini qoruması qadağandır. Səsvermə davranışı və mükafat payları müntəzəm yoxlanılır.
Mükafat fondu
İştirak haqqları mükafat fondunu yaradır. Fonddan bir oyunçuluq pay platformanın xidmət haqqıdır: masada neçə iştirakçı varsa, pay o qədərdə bir olur. Qalan hissə yarışın gedişinə görə bölünür və qalibə ödənilir.
Çıxarış sorğusu göndərilən kimi məbləğ bloklanır. Köçürmə icra olunanda balansdan çıxır, rədd edilsə blok açılır və pul sizdə qalır.
Məsuliyyət
İştirak haqqı yarış başlayandan sonra geri qaytarılmır. Nəticə biliyinizdən asılıdır, ona görə hazır olmadığınız masaya oturmayın.