Suallar və cavablar
Axtardığınızı tapmasanız yazın, cavablayıb bura əlavə edək.
Oyun
Oyun necə oynanılır?
Masaya beş nəfərdən doqquza qədər oyunçu yığışır. Masada neçə oyunçu varsa, bir tur az oynanır: beş nəfərlik masada dörd tur, doqquz nəfərlikdə səkkiz. Hər turda suallar növbə ilə gəlir, ardıcıl doğru cavablar bankı böyüdür, bir səhv zənciri qırır. Turun sonunda masa səs verir və bir nəfər oyundan çıxır.
Bu, şans oyunudur?
Xeyr. Zəif Bənd bilik yarışıdır: nəticə suallara verdiyiniz cavablardan asılıdır. Kart paylanmır, rulet fırlanmır, təsadüfi nəticə yoxdur. Masaya oturanda iştirak haqqı ödəyirsiniz, mükafat fondunu isə ən çox bilən aparır. Ona görə burada oxumaq və öyrənmək nəticəni dəyişir.
«Bank» nə deməkdir?
Zəncirdə yığdığınız pulu qorumaq deməkdir. «Bank» deməsəniz zəncir böyüməyə davam edir, amma ilk səhv hamısını aparır.
Nə vaxt deyəcəyinizi seçmək oyunun ən maraqlı yeridir.
Bir oyun nə qədər çəkir?
Masanın böyüklüyündən asılıdır. Beş nəfərlik masa təxminən doqquz dəqiqə, doqquz nəfərlik masa təxminən on səkkiz dəqiqə çəkir. Tələsirsinizsə kiçik masa seçin.
Masa dolmasa nə olur?
Otağı açan adam bütün yerlər dolmasa da, ən azı beş nəfər yığılanda yarışı başlada bilər. Gözləmək istəmirsinizsə otağı bağlayın, iştirak haqqınız geri qayıdır.
Pul
Pulu necə çıxarıram?
Profildə «Balans» bölməsinə keçin, kart nömrənizi əlavə edin və məbləği yazın. Sorğu göndərilən kimi həmin məbləğ bloklanır, yəni onu yarışda istifadə edə bilmirsiniz.
Köçürmə iş günlərində 24 saat ərzində icra olunur.
Ən az nə qədər çıxara bilərəm?
5 manat. Kiçik məbləğlərdə bankın xidmət haqqı köçürülən pulun özündən baha başa gələ bilir, ona görə həddi qoymuşuq.
Platforma nə qazanır?
Bir oyunçuluq pay. Masada neçə nəfər varsa, mükafat fondunun o qədərdə bir hissəsi platformanın xidmət haqqıdır: beş nəfərlik masada beşdə biri, doqquz nəfərlikdə doqquzda biri. Qalanı qalibə ödənilir. Bunu gizlətmirik, oyunun içində də görünür.
Kart məlumatlarım təhlükəsizdirmi?
Kart nömrəsi şifrələnmiş şəkildə saxlanılır və heç bir ekranda tam görünmür, yalnız son dörd rəqəmi. Köçürməni icra edən operator onu bir dəfə açır və bu, jurnalda qeyd olunur.
Hesab
Qeydiyyat pulludur?
Xeyr. Tətbiqi yükləmək və hesab açmaq pulsuzdur. İştirak haqqı yalnız masaya oturanda tutulur.
İstifadəçi adımı dəyişə bilərəm?
Qısa adlar mağazadan alınır. Bir simvolluq addan beş və daha uzununa qədər pillələr var, adı özünüz seçirsiniz.
Hiylə edən olsa nə olur?
Cavablar serverdə yoxlanılır, ona görə tətbiqi dəyişdirməklə heç nə qazanmaq olmur. Bundan başqa hər oyunçunun dəqiqliyi və cavab sürəti izlənilir; insan üçün mümkün olmayan nəticələr yoxlanılmaq üçün qeyd olunur.
Cavabını tapmadınız? salam@zeifbend.az ünvanına yazın.