Bildiyiniz üçün mükafat qazanın
Zəif Bənd Azərbaycanda hazırlanmış intellektual bilik yarışıdır. Masaya beş nəfərdən doqquza qədər oyunçu yığışır, suallara cavab verir, ən çox bilən mükafatı aparır.
Masalar necə olur
Masanı özünüz seçirsiniz, hamısı eyni deyil
Necə işləyir
Qaydalar televiziyada gördüyünüz oyunla eynidir. Fərq budur: masa telefonun içindədir, oyunçular ölkənin hər yerindən yığışır, qazanılan pul isə birbaşa hesabınıza keçir.
Masaya oturursunuz
Masanı özünüz seçirsiniz. Yerlər dolan kimi yarış başlayır.
Zəncir qurursunuz
Ardıcıl doğru cavablar bankı böyüdür. Bir səhv zənciri qırır.
Bank deyirsiniz
Yığılan pulu qorumaq üçün «bank» deyirsiniz. Nə vaxt deyəcəyinizi seçmək oyunun ən çətin yeridir.
Zəif bəndi seçirsiniz
Hər turun sonunda masa səs verir və bir nəfər oyundan çıxır. Masada neçə oyunçu varsa, bir tur az oynanır.
Rəqəmlər
Ən kiçik masaya baxaq: 5 nəfər, 1 manat iştirak haqqı. Böyük masalarda iştirak haqqı da, mükafat da bir neçə dəfə çox olur.
Bunlar mümkün olan ən yüksək rəqəmlərdir, gözlənti deyil. 4 manatı götürmək üçün masadakı hər kəsi üstələmək lazımdır, 53 yarışın hamısında birinci olan isə yoxdur. Müqayisə üçün: ayda 400 manat maaş alan adamın bir gününə təxminən 13 manat düşür. Masa böyüdükcə mükafat da artır, rəqib də. Hər yarışın mükafat fondundan bir oyunçuluq pay platformaya gedir, qalanı qalibə ödənilir: ən kiçik masada bu, 5 manatın 1 manatıdır.
Niyə Zəif Bənd
Bu, şans oyunu deyil. Nəticəni təsadüf yox, bildikləriniz müəyyən edir.
Mükafat sizindir
Kart nömrənizi yazıb balansı öz hesabınıza köçürürsünüz.
Oyun serverdə oynanır
Sualı da, cavabı da, pulu da server saxlayır. Telefonda dəyişdirə biləcəyiniz heç nə yoxdur.
Bir oyun 9–18 dəqiqə
Tələsirsinizsə kiçik masa seçin. Avtobusda, nahar fasiləsində, növbə gözləyəndə.
Bu həftənin üçlüyü
Ən çox xal toplayan üç oyunçu. Sabah bu yerlərdən biri sizin ola bilər.
djsjsjs
@fjdidjd
dkfkf
@t
cjsjxjsjxjskxjs
@djskxnwkxnak37297
Tez-tez verilən suallar
Ən çox soruşulanlar. Qalanı suallar səhifəsində.
Oyun necə oynanılır?
Bu, şans oyunudur?
«Bank» nə deməkdir?
Bir oyun nə qədər çəkir?
Masada sizin də yeriniz var
Tətbiqi yükləyin, qeydiyyatdan keçin və ilk masanıza oturun.
Tətbiqi yüklə