Haqqımızda
Zəif Bənd Azərbaycanda hazırlanmış intellektual bilik yarışıdır.
Televiziyada baxdığınız oyunu telefona gətirdik. Qaydalar eynidir: masa, turlar, zəncir, bank və hər turun sonunda səsvermə. Fərq odur ki, masa studiyada yox, cibinizdədir və qazandığınız mükafat öz kartınıza gedir.
Bu, şans oyunu deyil
Şans oyunlarında nəticəni siz müəyyən etmirsiniz: kart paylanır, top düşür, siz isə gözləyirsiniz. Burada belə bir element yoxdur. Sual gəlir, cavabı ya bilirsiniz, ya bilmirsiniz, mükafatı isə masadakı hər kəsdən çox bilən aparır.
Ona görə burada öyrənmək işə yarayır. Nə qədər çox oxusanız, nəticəniz bir o qədər yaxşılaşır. Şans oyununda belə bir şey mümkün deyil.
Necə qururuq
Oyunun bütün qaydaları serverdə işləyir. Suallar oradan gəlir, cavablar orada yoxlanılır, pul orada sayılır. Telefondakı tətbiq yalnız göstərir. Ona görə tətbiqi dəyişdirib üstünlük əldə etmək mümkün deyil.
Pul hərəkəti ikili mühasibat qeydiyyatı ilə aparılır. Hər manatın haradan gəlib hara getdiyi yazılır və hesablar hər an tarazlanır.
Əlaqə
Sualınız, təklifiniz və ya şikayətiniz varsa yazın. Cavablayırıq.